Aman, Tello!.. (xalq mahnısı)

Azərbaycan xalq mahnısı / Azerbaijani folk song “Aman, Tello!”

Ayrıca bax / See also :

  1. Oqtay Kazıminin “Aman, Tello!” mahnısı
  2. Hacı Xanməmmədovun “Telli” mahnısı
  3. Azərbaycan xalq mahnıları / Azerbaijani folk songs
  4. Azərbaycan melodiyalari – A hərfi

***
Araz üstə, buz üstə, Tello!..
Kabab yanar köz üstə, Tello!
Qoy məni öldürsünlər, Tello,
Bir alagöz qız üstə, Tello!..

Nəqərat:
Aman, Tello, Tellocan, Tello!
Canım, Tello, Tellocan, Tello!

Arazı ayırdılar, Tello,
Su ilə doyurdular, Tello,
Mən səndən ayrılmazdım, Tello,
Zülm ilə ayırdılar, Tello!

Araz axar Mil ilə, Tello,
Dəstə-dəstə gül ilə, Tello,
Mən yarımı sevirəm, Tello,
Şirin-şirin dil ilə, Tello.

Bülbüllər uçdu bağa, Tello,
Qondu budaq budağa, Tello,
Sinəm bir dağ ayrıcı, Tello,
Kölgə salıb bu dağa, Tello.

Narınca bax, narıca, Tello,
Saxlaram saralınca, Tello,
Şama döndü ürəyim, Tello,
Səndən cavab alınca, Tello.

Mən aşığam, düşəməm, Tello,
Atlanıb atdan düşəməm, Tello,
Nə sən gözdən salansan, Tello,
Nə mən gözdən düşənəm, Tello.

***
Baba Mahmudoğlunun ifasında

Aşıq Samirənin ifasında