Alagözlüm / Neyləyim?

Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Nigar Rəfibəyli (1913-1981)

Ayrıca bax / See also :

  1. Cahangir Cahangirovun “Alagöz” mahnısı
  2. Hacı Xanməmmədovun “Alagöz” mahnısı
  3. Səid Rüstəmovun “Alagöz” mahnısı
  4. Qulu Əsgərovun “Alagöz sevgilim” mahnısı
  5. Azərbaycan xalq mahnısı “Alagöz balam”
  6. Süleyman Ələsgərovun “Gözlərin aladır, yar!” mahnısı
  7. Eldar Mansurovun “Neyləyim?” mahnısı
  8. Cavanşir Quliyevin “Bəs küsməyim, neyləyim?” mahnısı
  9. Azərbaycan melodiyalari – A hərfi
  10. Azərbaycan melodiyalari – N hərfi

***
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən acır, vaxtsız solur, neyləyim?

Nəqərat:
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?!..
Yaz axşamı səni bilki bu Nigar
Həzin-həzin yada salır neyləyim

Tez gələsən, bəlkə əlac verəsən?
Sünbüllərin saçın yığıb hörəsən?
Çiçəkləri gəlib özün dərəsən?
Yolda qalır, baxışları, neyləyim?

“Əsən rüzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası…
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?”

***
Akif İslamzadənin ifasında