Alagöz (H. Xanməmmədov)

Musiqisi / Music :Hacı Xanməmmədov(1918-2005)
Sözləri / Lyrics : Səməd Vurğun (1906-1956)

Ayrıca bax / See also :

  1. Cahangir Cahangirovun “Alagöz” mahnısı
  2. Səid Rüstəmovun “Alagöz” mahnısı
  3. Qulu Əsgərovun “Alagöz sevgilim” mahnısı
  4. Azərbaycan xalq mahnısı “Alagöz balam”
  5. Emin Sabitoğlunun “Alagözlüm” mahnısı
  6. Süleyman Ələsgərovun “Gözlərin aladır, yar!” mahnısı
  7. Azərbaycan melodiyalari – A hərfi

***
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.
Ah gözlər!.. Ah, gözlər!.. Ah, gözlər!..

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenə mi
Çəkdiniz sorğuya, suala, gözlər?
Ah gözlər!.. Ah, gözlər!.. Ah, gözlər!..

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər…
Ah gözlər!.. Ah, gözlər!.. Ah, gözlər!..

***
Nəzakət Məmmədovanın ifasında