Alagöz sevgilim

Musiqisi / Music : Qulu Əsgərov (1928-1987)
Sözləri / Lyrics : İslam Səfərli (1923-1974)

Ayrıca bax / See also :

***
Günəşlə birlikdə çıxıb,
Ay doğanda gələn qız.
Vətəninin, elinin
Qədrini bilən qız.

Gəl, dindir könlüm tarını,
Sevindir gözəl yarını.
Ey eşqimin ilk barını,
Çiçəyini üzən qız.
Sən mənim gülşənim, öz gülüm,
Ey alagöz sevgilim.

Tarlalar qoynunda yenə,
Tərlan kimi süzən qız.
Məhsul bayramı gəlmiş,
Al geyinib bəzən, qız.

Adın düşüb dildən dilə,
Hər çıxanda sən çölə,
Gəl, nəğmə de bu şən elə,
İftixarla gəzən qız.

***
Sara Qədimovanın ifasında